Sevda: "Məndən çox gözəl ana olacaq”


Şou-biznes 18 May 2018 11:43:00 252 0

Sevda: "Məndən çox gözəl ana olacaq”

"13-14 yaşımda çörək satırdım, işləyirdim"

Kasıb ailədə doğulsam da, valideynlərimə kömək etməyə çalışmışam. Onların arzularını həyata keçirməyə dəstək olmuşam. 13-14 yaşımda çörək satırdım, işləyirdim. Eyni zamanda isə məktəbə gedirdim. İşdən sonra gəlib dərs oxuyurdum.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Sevda Yahyayeva "Sənətsevər" verilişində deyib. Sənətçi həyatından, sənətindən danışıb. O bildirib ki, atasını uşaq vaxtı itirib:

"Atam hərbçi olub, cəbhə bölgəsində döyüşüb. Atamı çox tez itirmişəm. Ona görə də ailədə hamımız bir-birimizə dəstək olurduq. Çox istəyərdim atam bu uğurlarımı görsün. İnanıram ki, o, göydən mənim uğurlarımı görür.

"Yenu ulduz"dan sonra özümə stop demədim. Başladım bütün restoranların şou-proqramlarında oxudum. "O zaman" mahnım mənə uğur gətirdi, hit oldu. Məni yox, mahnımı tanıyırdılar. İlk qonorarımdan da çox məmnun idim.