Küveyt fələstinlilərin qorunması üzrə BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsini yayıb


Dünya 18 May 2018 11:17:19 227 0

Küveyt fələstinlilərin qorunması üzrə BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsini yayıb

Layihə Təhlükəsizlik Şurası üzvləri arasında yayılıb və bu həftənin sonuna qədər nəzərdən keçirilə bilər

Küveyt Qəzza sektorunda etirazları yatırarkən İsrailin etdiklərini pisləyən və fələstinlilərin qorunması üçün regionda beynəlxalq missiyanın yerləşdirilməsinə çağıran BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnamə layihəsini hazırlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, layihənin mətni Təhlükəsizlik Şurası üzvləri arasında yayılıb və bu həftənin sonuna qədər nəzərdən keçirilə bilər.

Layihədə İsrailin işğal edilmiş Fələstin ərazilərində, ilk növbədə, Qəzzada mülki vətəndaşlara qarşı güc tətbiq etməsi qətiyyətli şəkildə qınanır. Yəhudi dövlətinin hökumətinə dərhal bu hərəkətləri dayandırmaq və beynəlxalq hüquq çərçivəsində öhdəliklərinə hörmət etmək tələbi irəli sürülüb. Sənəddə Qəzza sektorunda və İsrailin işğal etdiyi torpaqlarda Fələstin vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün tədbirlər görülməsinin zəruri olduğu, bunun üçün beynəlxalq missiyaya ehtiyac olduğubildirilir.

Xatırladaq ki, həftənin əvvəlindən Qəzza sektoru ilə İsrail sərhədində Fələstin əhalisi və İsrail hərbçiləri arasında şiddətli toqquşmalar baş verir. Bütün bunlara səbəb isə ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsi olub. Son məlumatlara görə, toqquşmalar zamanı 60-dan çox fələstinli ölüb, 3 minə yaxın adam yaralanıb.