Ölkədə YENİLİK! Aqrobağlar salınacaq


Digərləri 18 May 2018 11:19:00 250 0

Ölkədə YENİLİK! Aqrobağlar salınacaq

2018-2021-ci illər ərzində Azərbaycanda 1610,5 hektar sahədə yeni aqrobağların salınması nəzərdə tutulub.

Bakı. İlhamə İsabalayeva – 2018-2021-ci illər ərzində Azərbaycanda 1610,5 hektar sahədə yeni aqrobağların salınması nəzərdə tutulub. Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu Açıq Səhmdar Cəmiyyətinin ("Azəryaşlandşaft" ASC) sədri Ramik Əşrəfov bu gün keçirilən mətbuat konfransında deyib. O qeyd edib ki, ASC tərəfindən bu ilin ilk 4 ayı ərzində 35 hektarda 16 500 ədəd zeytun, badam, nar və tut ağacları olmaqla yeni aqrobağlar salınıb: