Premyer Liqanın sonuncusu ÇL qalibindən çox qazandı


İdman 18 May 2018 11:02:00 297 0

Premyer Liqanın sonuncusu ÇL qalibindən çox qazandı

2017/2018 mövsümü üçün İngiltərə Premyer Liqası klublarına ödənilən mükafatın məbləği müəyyənləşib.

Goal.az xəbər verir ki, ən çox qazanan 149,8 milyon funt sterlinqlə 2-ci pillədə qərarlaşan Manchester United olub. Çempion Manchester City'yə 149,4 milyon avro ödənilib. “Şəhərlilər”in ikinci olmasına səbəb Böyük Britaniya ərazisində “qırmızı şeytanlar”ın daha çox oyununun canlı yayımlanmasıdır . Liverpool 145,9 milyonla üçüncüdür

Premyer Liqanı tərk edən hər 3 kluba da böyük həcmdə vəsait ödənilib. Son pillədəki West Bromwich'ə 94,7 milyon verilib.

Qeyd edək ki, 2016-2017 mövsümündə Çempionlar Liqasının qalibi olan İspaniya Real Madrid'i 80,9 milyon avro qazanıb. ÇL-da ən çox gəliri  finalda "kral klubu"na 1:4 hesabına uduzmuş Juventus əldə edib - 109 milyon avro. Bu isə İngiltərə Premyer Liqasında sonuncu yeri tutan West Bromwich'in qazancı ilə avro ekvivalentində bərabər məbləğ deməkdir.