Lənkəranda üç, Masallıda bir uşaq zəhərlənib


Sosial 18 May 2018 10:58:01 203 0

Lənkəranda üç, Masallıda bir uşaq zəhərlənib

Hazırda vəziyyətləri stabil olaraq qalır

Lənkəranda uşaqlar arasında zəhərlənmələr artıb.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına ağır vəziyyətdə olan 4 uşaq gətirilib. Onların hər birinə qanda parçalanma diaqnozu qoyulub. Həkimlər bu halı paxlalı bitkilərdən istifadə zamanı baş verən zəhərlənmənin nəticəsi kim qiymətləndiriblər.

Eyni gündə Masallı rayon sakini 2012-ci il təvəllüdlü Əliyev Mustafa Mahir oğlu, eyni yaşda olan Lənkəran şəhər sakini Axundov Əli Vüsal oğlu, Yuxarı Nüvədi kənd sakini Əlizadə Zeynəb Xanbala qızı və Separadi kənd sakini olan 2015-ci il təvəllüdlü Məmmədov Səfərsadiq Tofiq oğlu xəstəxanaya gətiriliblər. Təcili olaraq onların qanları yuyulub, zəruri tədbirlər görülüb. Hazırda vəziyyətləri sabit olaraq qalır.

“Report”un əldə etdiyi məlumata görə, son günlərdə eyni vəziyyətdə daha bir neçə azyaşlı xəstəxanaya gətirilib. Onlardan birinin vəziyyəti daha ağır olduğundan müalicə almaq üçün Bakıya göndərilib.