Ardanın hamilə həyat yoldaşı qan içində qaldı


Dünya 18 May 2018 11:03:00 315 0

Ardanın hamilə həyat yoldaşı qan içində qaldı

Arda Turanla bu yaxınlarda ailə həyatı quran Aslıhan Doğanın idman edərkən başına dəmir parçası düşüb.

Son.az Sabah-a istinadən xəbər verir ki, Arda Turan ilə 11 martda evlənən və uşaq gözləyən yeni gəlin Aslıhan Doğan qan içində xəstəxanaya çatdırılıb. Xəstəxanda Aslıhanın qaşına 18 tikiş atılıb.

Xəstəxanda nəzarətə götürülən Aslıhan bir müddətdən sonra evə göndərilib. Bu məqamda Arda Turan hamilə həyat yoldaşının başına gələn qorxunc hadisəni eşidən kimi xəstəxanaya yollanıb. Futbolçu Aslıhanın səhhətində ciddi bir problem olmadığını öyrənincə rahat nəfəs alıb.   Məhəmməd Vaqif Son.az