Azərbaycana qanunsuz 19 ədəd "Samsung" keçirmək istədilər


Digərləri 18 May 2018 10:53:00 241 0

Azərbaycana qanunsuz 19 ədəd "Samsung" keçirmək istədilər

Azərbaycana qanunsuz gətirilən mobil telefonlar aşkarlanıb.

DGK-dən Son.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasından Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Qaz 31105" markalı nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib.

Yoxlama zamanı, nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən 19 ədəd "Samsung" markalı mobil telefonlar və aksesuarları aşkar edilib.