Əmlak çıxarışları telefona göndəriləcək - YENİLİK


Digərləri 18 May 2018 10:52:00 218 0

Əmlak çıxarışları telefona göndəriləcək - YENİLİK

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) əmlakın qeydiyatında yeniliklərə başlayır.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) əmlakın qeydiyatında yeniliklərə başlayır. Komitədən Trend-ə verilən məlumata görə, mühüm yeniliklərdən biri çıxarışların cəmi 1 iş günü müddətində, digər vacib dəyişiklik çıxarışların elektron şəkildə verilməsidir. Komitə bildirir ki, əhali bu yeniliyə böyük maraq göstərir – qısa müddət ərzində 2000 nəfərdən çox elektron çıxarış alıb. Qeyd edək ki, elektron çıxarışlar vətəndaşın sistemdə yaratdığı elektron kabinetə yüklənir. Bu kabinetə həm adi kompüter, həm də mobil telefon vasitəsilə daxil olmaq mümkündür. Nəticədə əmlakın qeydiyyatı çıxarışını elektron kabinetdən telefona yükləmək və istifadə etmək olar. Ümumiyətlə əmlak sahibləri qeydiyyat zamanı 24 sayda elektron xidmətdən istifadə edə bilərlər. Bu xidmətlər qeydiyyatın onlayn aparılmasına, əmlak çıxarışlarının daha sürətli verilməsinə şərait yaradır ki, bu da biznes əməliyyatlarına olan tələbatın ödənilməsinə imkan verir.