ABŞ-da hərbi helikopterdəki döyüş sursatı ilə dolu konteyner məktəbə atılıb


Dünya 18 May 2018 10:44:25 244 0

ABŞ-da hərbi helikopterdəki döyüş sursatı ilə dolu konteyner məktəbə atılıb

Hadisə nəticəsində xəsarət alan olmayıb, məktəb damına zərər dəyib

ABŞ-ınEl Paso şəhərində (Texas ştatı)hərbi helikopterdəki döyüş sursatı ilə dolu konteyner təsadüfənməktəbin binasınaatılıb.

"Report" "Fox News" telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində heç kim xəsarət almayıb, məktəb damına cüzi zərər dəyib.

Hələlik hadisənin nə səbəbdən - texniki nasazlıqdan, yoxsa pilotin səhvindən baş verdiyi məlum deyil.

Hərbi helikopterin havaya qalxdığı Fort Bliss hərbi bazası hadisə ilə əlaqədar üzrxahlıq edib və hərbi yüklərin çatdırılması marşrutlarının yenidən nəzərdən keçiriləcəyinə, onların mümkün qədər mülki obyektlərin üzərindən keçməyəcəyinə söz verib.