İƏT-in Fələstindəki vəziyyətlə bağlı sammitinə 40-dan çox ölkənin nümayəndələri qatılacaq


Digərləri 18 May 2018 10:44:28 250 0

İƏT-in Fələstindəki vəziyyətlə bağlı sammitinə 40-dan çox ölkənin nümayəndələri qatılacaq

İƏT-in Fələstindəki vəziyyətlə bağlı sammitinə 40-dan çox ölkənin nümayəndələri qatılacaq.

Bakı. Rufiz Hafizoğlu - İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Fələstindəki gərgin vəziyyətə həsr olunacaq sammitində 40-dan çox ölkənin nümayəndələri iştirak edəcək. Trend-in məlumatına görə, tədbirdə İran, Əfqanıstan, Sudan və Mavritaniya prezidentləri iştirak edəcəklər. Bundan əvvəl İƏT-dən Trend-ə bildirmişdilər ki, İstanbulda təşkilatın Fələstin məsələsi üzrə təcili yığıncağı keçiriləcək. Qeyd edək ki, İsrail dövlətinin yaradılmasının 70 illiyi və bu yubiley münasibətilə ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə keçirilməsi ilə əlaqədar olaraq Qəzza sektorunda etiraz aksiyası keçirilir. İsrail əsgərlərinin aksiya iştirakçılarına atəş açması nəticəsində 100 fələstinli ölüb, 2700-ü yaralanıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin