“Ümidləri doğruldan universitet” kitabı təqdim olundu (FOTO)


Digərləri 18 May 2018 10:47:01 271 0

“Ümidləri doğruldan universitet” kitabı təqdim olundu (FOTO)

Bakı Slavyan Universitetinin nəşr etdirdiyi “Ümidləri doğruldan universitet” kitabının təqdimatı keçirilib.

Bakı. Mayın 17-də Bakı Slavyan Universitetinin nəşr etdirdiyi “Ümidləri doğruldan universitet” kitabının təqdimatı keçirilib. BSU-dan Trend-ə verilən məlumata görə, Ulu Öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan əsərin təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, ölkəmizdəki diplomatik korpusun nümayəndələri, Milli Məclisin deputatları, ali məktəblərin rektorları iştirak ediblər. Tədbirdə BSU-nun rektoru, professor Nurlana Əliyeva Ümummilli Liderin ölkəmizin müstəqilliyinin bərpası, dövlətçiliyimizin qorunması və ictimai-siyasi sabitliyin bərqərar olması sahəsindəki fəaliyyətindən, Azərbaycanın inkişafı və beynəlxalq münasibətlər sisteminə inteqrasiyasındakı rolundan danışıb. Rektor Ulu Öndərin müasir dünyanın mürəkkəb geosiyasi reallıqları fonunda xalqımızın milli mentalitetinə və demokratik prinsiplərə əsaslanan qüdrətli dövlət yaratdığını bildirib. N.Əliyeva Ümummilli Liderin azərbaycançılıq ideologiyasının əsas istiqamətlərindən birinin yüksək səviyyəli təhsil yaratmaq olduğunu qeyd edib. Bildirilib ki, bu dahi şəxsiyyət vətəndaş tərbiyəsində təhsilin rolunu daim yüksək qiymətləndirib, onu intellektual gəncliyin yetişdirilməsinin ən mühüm amillərindən biri hesab edib. BSU-nun tarixindən söz açan rektor rəhbərlik etdiyi ali təhsil ocağının ərsəyə gəlməsində, onun müstəqil Azərbaycanın ictimai-siyasi, elmi-mədəni həyatına daxil olmasında Ulu Öndərin misilsiz xidmətlərindən danışıb. O deyib: “Bu gün BSU Türkiyə, Rusiya, Fransa, Ukrayna, Bolqarıstan, Çexiya, Polşa, Yunanıstan, Belarus, Rumıniya, Monteneqro və digər ölkələrin universitetləri ilə sıx əməkdaşlıq edir. Bu əlaqələr Azərbaycanı slavyan ölkələrinin xalqlarına, gənclərinə yaxından tanıdır. Həmçinin vətənimizin multikultural bir ölkə olaraq nadir tarixi ənənələrini, xalqımızın mütərəqqi keyfiyyətlərini, yüksək amalını, vətənpərvərlik tərbiyəsini, dünya xalqlarına ehtiramını, dünya mədəniyyətinə sonsuz məhəbbətini təqdim etmək imkanı yaradır. Slavyan ölkələrinin Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri ilə universitetin əməkdaşlığı bu əlaqələrin daha əyani şəkildə, dostluq və qardaşlıq səviyyəsində etibarlı bir körpü kimi möhkəmlənməsini təmin edir”. Bu gün də respublikamızın təhsil sistemində innovativ yeniliklər, çevik islahatlar, əsaslı infrastruktur dəyişikliklərinin aparıldığını bildirən N.Əliyeva Prezident İlham Əliyevin Ulu Öndərin uzaqgörən siyasi kursunu təmkinlə, əzmlə, ardıcıl şəkildə davam etdirdiyini diqqətə çatdırıb. Rektor Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın da fəaliyyətində başqa mədəniyyətlərə düzgün, səmimi yanaşmanın aydın göründüyünü bildirib. Ulu Öndərin ortaya qoyduğu azərbaycançılıq ideologiyasının təhsilimizin, mədəniyyətimizin, müstəqilliyimizin ana xətti olduğunu deyən N.Əliyeva BSU-nun da bu dahi şəxsiyyətin reallaşan ümidlərinin nümunəsi olduğunu vurğulayıb.