Serbiya prezidenti Azərbaycana səfərə gələcək


Siyasət 18 May 2018 10:08:35 239 0

Serbiya prezidenti Azərbaycana səfərə gələcək

Aleksandr Vuçiçin Azərbaycan Dillər Universitetində Serbiya Mərkəzinin açılışında iştirakı gözlənilir

Serbiya Prezidenti Aleksandr Vuçiç mayın 21-də Azərbaycana səfərə gələcək.

Bu barədə "Report" diplomatik mənbələrə istinadən xəbər verir.

Səfər zamanı A.Vuçiçin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyi nəzərdə tutulur.

Bakıda iki ölkəarasında ikitərəfli əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.

Bundan əlavə, Serbiya prezidentinin Azərbaycan Dillər Universitetində Serbiya Mərkəzinin açılışında iştirak edəcəyi gözlənilir.

Səfər mayın 22-də başa çatacaq.