Ekspedisiya rəisi: "Bu gün Bayıldakı yeni sürüşmə sahəsindəki çatlara mayaklar qoyulacaq"


Sosial 18 May 2018 09:48:00 362 0

Ekspedisiya rəisi: "Bu gün Bayıldakı yeni sürüşmə sahəsindəki çatlara mayaklar qoyulacaq"

Əziz Qralov: "Çatlarda olan dəyişiklikləri gözlə görmək mümkün deyil"

"Bu gün Bayılda yeni sürüşmə sahəsindəki çatlara mayaklar qoyulacaq".

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O bildirib ki, mayaklar qoyulandan sonra ərazidəki dəyişiklikləri müşahidə etmək mümkün olacaq: "Çatlarda olan dəyişiklikləri gözlə görmək mümkün deyil, mütləq mayaklar qoyulmalıdır".

Ə.Qaralov qeyd edib ki, qışda, yanvar ayında baş verən sürüşmə ərazisində aparılan işlərin hesabatı hazırlanır: "Hesabatın hazırlanması işini sürətləndirmişik. Çalışırıq vaxtından əvvəl hesabatı hazırlayıb təqdim edək".