Buffon bu kluba keçə bilər


İdman 18 May 2018 09:47:00 376 0

Buffon bu kluba keçə bilər

Juventus-un qapıçısı Canluici Buffon karyerasını PSG-də davam etdirə bilər.

Goal.az xəbər verir ki, 40 yaşlı italiyalı ilə Paris klubu arasında danışıqlar irəliləyən mərhələdədir. Buffon Turin komandasını cari mövsümün sonunda – Verona ilə keçiriləcək matçdan sonra tərk edəcək. Qolkiper digər komandalardan bir neçə maraqlı təklif alıb.

Canluici Juventus-a 2001-ci ildə Parma-dan keçib. O, 17 il ərzində Turin komandasında 9 dəfə A Seriyasının qalibi və 4 dəfə milli Kubokun sahibi olub.