KXDR Cənubi Koreya ilə dialoqu tamamilə donduracağı ilə hədələyib


Dünya 18 May 2018 08:42:52 261 0

KXDR Cənubi Koreya ilə dialoqu tamamilə donduracağı ilə hədələyib

Pxenyan Seulu həyasızlıqda ittiham edib

KXDR Koreya Respublikası ilə dialoqun dondurula biləcəyinə işarə edib.

“Report” TASS-a istinadən xəbər verir ki, müvafiq bəyanatla KXDR vətəninin sülh yolu ilə birləşdirilməsi Komitəsinin sədri Li Son Qvon çıxış edib.

O, Koreya Mərkəzi Teleqraf Agentliyinə müsahibəsində bildirib ki, iki Koreya arasında yüksək səviyyədə danışıqların ləğvinə gətirib çıxaran vəziyyət həllini tapmayınca, Cənubi Koreya rejiminin nümayəndələri ilə yenidən təkbətək görüşmək, o qədər də asan olmayacaq.

Pxenyan nümayəndəsi Seulu ABŞ-la birgə hərbi manevrlərdə iştiraka görə sərt tənqid edib və qeyd edib ki, Cənub Şimalın tam nüvəsizləşdirilməsinədək maksimum təzyiq göstərilməsi fikrində olan Vaşinqtonun mövqeyini dəstəkləyir. Cənubi Koreyanın təlimlər problemini müzakirə etmək təklifinə münasibət bildirən Li Son Qvon, bunu KXDR-i işğal etmək sınaqlarına yol verilən hərəkətlər statusu verməyə yönəlmiş həyasızlıq adlandırıb.