"Laçın" ticarət mərkəzinin qarşısında orta yaşlı kişi bıçaqlanıb


Kriminal 18 May 2018 07:57:00 329 0

"Laçın" ticarət mərkəzinin qarşısında orta yaşlı kişi bıçaqlanıb

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, 1986-ci il təvəllüdlü Yaqubov Ramiz Təvəkkül oğlu "Laçın" ticarət mərkəzinin qarşısında tanışı ilə söyüşə görə əlbəyaxa dava edib.

Dava zamanı o, sağrı nahiyəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.