Tuneldən gələn səs Son anda ölümdən döndülər VİDEO


Digərləri 18 May 2018 07:41:00 257 0

Tuneldən gələn səs  Son anda ölümdən döndülər  VİDEO

Braziliyada iki velosipedçi möcüzə sayəsində tuneldə qatarın altında qalmaqdan xilas olublar.

Son.az xəbər verir ki, hadisənin görüntüləri hadisənin iştirakçılarından birinin - Jedson Gil Mirandanın feysbuk səhifəsində yerləşdirilib.

Görüntülər onun dəbilqəsində yerləşdirilən kamera ilə qeydə alınıb.

Kadrlarda görünür ki, o, başqa bir velosipedçi - Felipe Vieyrayla birlikdə boş tunelə daxil olur. Onlar gözlənilmədən fit səsi eşidirlər və parlaq işığı görürlər. Qorxmuş dostlar velosipedləri ataraq sürətlə tuneldən çıxırlar. Bir neçə saniyə sonra qatar onların yanından keçir. (publika.az)