Pentaqon: ABŞ Cənubi Koreya ilə hərbi təlimləri davam etdirəcək


Digərləri 18 May 2018 03:19:00 224 0

Pentaqon: ABŞ Cənubi Koreya ilə hərbi təlimləri davam etdirəcək

ABŞ Cənubi Koreya ilə hərbi təlimləri davam etdirəcək, təlimlərin miqyası və qrafiki dəyişməz olaraq qalacaq

Bakı. ABŞ Cənubi Koreya ilə hərbi təlimləri davam etdirəcək, təlimlərin miqyası və qrafiki dəyişməz olaraq qalacaq. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Pentaqonun mətbuat katibi Dana Uayt bildirib. D.Uayt deyib: "Mən deyə bilərəm ki, təlimlərimizin miqyası dəyişməyib... Bizim təlimlər hər il və çoxdan keçirilir, müdafiə xarakteri daşıyır və davam etdiriləcək. Bu alyansın qərarıdır. Biz bunu ABŞ və Cənubi Koreya qüvvələrinn hazır olduğuna əmin olmaq üçün edirik".