Günün qoroskopu: maliyyə itkiləri istisna deyil


Digərləri 18 May 2018 00:01:00 277 0

Günün qoroskopu: maliyyə itkiləri istisna deyil

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - müsbət təmayüllərin təsiri güclənəcək. Gün münasib, uğurludur. Peşəkar fəaliyyətinizlə bağlı çoxdankı problemlərdən birini həll etmək, irəliyə doğru hərəkətinizə mane olan sədləri aradan qaldırmaq imkanları yaranır. İndiyədək bir neçə dəfə məhsuldar əməkdaşlıq etdiyiniz insan sizə yeni, maraqlı iş təklif edəcək.

Günün ikinci yarısında bilik və bacarıqlarınızı nümayiş etdirməkdən çəkinməyin. Sevdiyiniz insanla münasibətlərdə problemlər yarana bilər. Onlar qısqanclıqdan qaynaqlanır.

Yaşam potensialının səviyyəsi yüksəkdir. Özünüzü yaxşı hiss edəcəksiniz.  

Buğa - ünsiyyət üçün yaxşı gündür. İşgüzar təmaslar və şəxsi münasibətlərlə bağlı görüşlər pis keçməyəcək. İndiyədək dil tapmaqda çətinlik çəkdiyiniz insanla qarşılıqlı anlaşmaya nail olacaqsınız. Yaxınlarınız üçün hədiyyə almaq, sevdiyiniz insana sürpriz hazırlamaq olar.

Günün ikinci yarısında başqalarının istəklərini pis yerinə yetirməyəcəksiniz.

Adi, cari işlər darıxdırıcı təsir bağışlaya bilər. Yaradıcılıq potensialınızı aşkarlayacaq məşğuliyyət tapın. İşdə rəhbərlik səylərinizi dəyərləndirəcək. Vəzifənin böyüməsi və ya maaşın artması istisna deyil.

Əkizlər - asan olmasa da, yaranan problemləri həll edəcəksiniz. Dostlar sizə yardım edəcəklər. İşgüzar və dostluq münasibətlərinin bərpası üçün əlverişli gündür. Analşılmazlıq, situasiyanın uğursuz axarı nəticəsində kəsilmiş əlaqələri bərpa edin.

Köçə hazırlaşmaq, mebel, interyer əşyaları almaq üçün münasib zamandır.

Günün ikinci yarısında bəzi detallar sizi sevindirəcək.

Planlarınız barədə ailə üzvləri və ya yaxınlarınıza məlumat verin. Sizi narahat edən məsələni inandığınız insanlarla müzakirə edin.

Axşam saatlarına yaxın səhhətinizdə kiçik problemlər yarana bilər. Bir qədər sonra hər şey yaxşı olacaq.  

Xərçəng - çətin, mürəkkəb, qarışıq gündür. İşdə ciddi problemlərlə qarşılaşa bilərsiniz. Bu səbəbdən bəzi planları dəyişmək, perspektiv saydığınız ideyaların gerçəkləşdirilməsini təxirə salmalı olacaqsınız.

Həmkarlarla fikr ayrılıqları, ağır münaqişə istisna deyil. Bundan sonra birlikdə işləmək çox çətinləşəcək.

Günün ikinci yarısında şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri güclənəcək. Yaxınlarınızla təmaslarda həssas olun. Dostlarla görüş, romantik mükalimə xoş təəssürat yaradacaq.

Alış-veriş etmək olar. Çox pul xərcləməyin.

Şir - yeni işlərə başlamaq olar. Bununla belə, etibar etdiyiniz insanlardan dəstək almağı unutmayın. Əvvəlki iş yerinizdəki həmkarlarınız, çoxdankı işgüzar tərəfdaşlarınız yardım edə bilərlər. Köhnə əlaqələrin bərpası üçün yaxşı gündür. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə sayıq və ehtiyatlı davranın. Təxribatlara uymayın, aqressiv davranışa sərt reaksiya verməyin.

Müdrik, hiyləgər olun.

Günün ikinci yarısı dəvət aldığınız tədbirə yollanın. Maraqlı tanışlıqlar istsina deyil. İlkin təəssürata aldanmayın, hisslərin əsiri olmayın.  

Qız - müsbət təmayüllərin təsiri artır. Dünənədək həlli çox ağır, hətta mümkünsüz təsir bağışlayan problemləri həll edəcəksiniz. Qarşınıza qoyduğunuz məqsədə aparan yolda maneələr kiçikdir. İşdə rəhbərliklə münasibətləri tam normal edin. Yeni tərəfdaşlıq və ya maraqlı əməkdaşlıq, cazibədar işgüzar təkliflər alınması istisna deyil.

Günün ikinci yarısı alış-veriş, anlaşma, sövdələşmələr üçün əlverişlidir. Maliyyə məsələləri ilə bağlı yanlış qərarlar verməyin.

Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq. Səfər və ya səyahətə yollana bilərsiniz.