Bu gün dəfn olunan alpinist qızın arzusu:


Digərləri 17 May 2018 23:51:00 338 0

Bu gün dəfn olunan alpinist qızın arzusu:

2017-ci il dekabrın 23-də Tufandağ istiqamətində səfərə çıxan və 24 dekabrdan itkin düşən, uzunmüddətli axtarışlardan sonra ötən gün cənazəsi tapılan 3 gənc alpinistimizdən biri - bu gün Masallı rayonunun Şərəfə kənd qəbiristanlığında torpağa tapşırılan Fəridə Zəbiyulla qızı Cəbrayılzadəni yad edənlər onun şeirlərini paylaşıblar.

Son.az axar.az-a istinadən bildirir ki, xüsusən "Bir qızım olsun" şeiri mərhumun nakam arzusu kimi diqqət çəkir və təsirli reaksiyalar doğurur.

Fəridə Cəbrayılzadənin sözügedən şeirini təqdim edirik:

Bir qızım olsun

Sahib ola bilmədiklərimi ona verə bilim,

Ola bilmədiklərimi deyim

Bir qızım olsun

Necə möhkəm ayaq üstdə dayanmağı öyrədim,

Əclafların qarşısında üzülməməyi öyrədim.

Qadın kömək istəyənin dadına çatmaq üçün yumruğunun qaldırar

Bir qızım olsun,

Söz versin, insanlara tez inanmasın,

Tez ürəkdən bağlanıb, qucağını açmasın,

Alət kimi bir gecəlik olmasın,

Eşq təcrübəsi olsun, bədəninə görə arzulanmasın

Aciz olmasın, sükut etməsin

Yüksəklərdə qanad çırparkən süqut etməsin.

Bir qızım olsun

Dul qalsa əgər,

Təhqir olunmağına izn verməsin.