Həzrət İsanın Həzrət Məhdi barədə verdiyi müjdələr


Digərləri 17 May 2018 23:45:00 318 0

Həzrət İsanın Həzrət Məhdi barədə verdiyi müjdələr

Bir gün Həzrət İsa (ə) İordaniyadan Beytul-müqəddəsə tərəf gedirdi. Yolda öz tərəfdaşlarına göstəriş verir ki, filan məkanda bir uzunqulaq vardır, onu mənim üçün gətirin. Onlar gedib həmin məkanda olan uzunqulağı gətirirlər.

Son.az deyerler.org-a istinadən bildirir ki,  Həzrət İsa (ə) bu uzunqulağa minir və Qüds şəhərinə gedir. Orada ağır xəstə olan bir neçə nəfəri ziyarət edir və Allahın izni ilə onlara şəfa verir.

Sonra Beytul-müqəddəsə daxil olur.

Orada bəziləri Həzrətdən (ə) soruşurlar: "Ey Allahın Rəsulu! Bizə xəbər ver görək, dünyanın sonu necə olacaqdır?".