Orucun nə faydası vardır ki, Uca Allah ona əməl etməyə təkid edir?


Digərləri 17 May 2018 23:20:00 291 0

Orucun nə faydası vardır ki, Uca Allah ona əməl etməyə təkid edir?

Mübarək Ramazan ayı gəlməkdədir və Allah Təala bu ayda hər bir sağlam bəndəsinə oruc tutmağı əmr etmişdir. Bəs orucun nə faydası vardır ki, Uca Allah bu qədər ona əməl etməyə təkid edir?

1. Oruc insanın təqvasını gücləndirər və ixlaslı olmasına səbəb olar. İmam Sadiq (ə) buyurur: "Allah Təala buyurmuşdur: "Oruc Məndəndir və mükafatını də Mən verirəm"".

Son.az deyerler.org-a istinadən bildirir ki,  Həzrət Zəhra (s.ə) buyurur: "Allah orucu, ixlası möhkəmləndirmək üçün vacib buyurmuşdur".

2. Dünya və axirət əzabına mane olar. İmam Əli (ə) buyurur: "Oruc mədəni daraldar, əti tökər və cəhənnəmin yandırıcı istisindən uzaq tutar".

3. Cismə və ruha hüzur gətirər. Oruc tutan insan bir ay boyunca bədənində olan toksin və zərərli maddələrdən təmizlənər. Eyni zamanda ruhu da hüzur tapar və Ramazan ayının bərəkətləri ruhunu paklaşdırar. Ona görə də Həzrət Peyğəmbər (s) buyurur: "Oruc tutun ki, sağlam qalasınız".