Zəkalı olmağa kömək edən


Digərləri 17 May 2018 23:25:00 264 0

Zəkalı olmağa kömək edən

Alimlər sübut edir ki, bağırsaqlarda yaşayan mikroorqanizmlər insan sağlamlığına çox böyük təsir edir.

Bu təsir o dərəcədə ciddidir ki, bəzi alimlər hətta bağırsaq mikroflorasını ayrı orqan kimi qəbul etməyi çağırır.

Yeni araşdırma zamanı Avstriya mütəxəssisləri aşkar ediblər ki, bağırsaq mikroflorası insan beyinin fəaliyyətinə və zəkasına ciddi təsir edir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, araşdırmada iştirak edənlərin 1 qrupu 4 həftə ərzində bağırsaq mikroflorasını yaxşılaşdıran probiotikləri qəbul edirdi, digər qrup isə probiotikləri qəbul etmirdi.