Cəlilabadda qəza: 1 nəfər xəsarət alıb


Digərləri 17 May 2018 23:28:00 262 0

Cəlilabadda qəza: 1 nəfər xəsarət alıb

Cəlilabad rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki, qəza nəticəsində 1988-ci il təvəllüdlü şəhər sakini Ağayev İbrahim Nadir oğlu yaralanıb.

Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.