Acqarına yaşıl alma yeməyin faydaları
Digərləri 17 May 2018 22:50:00 283 1
Ən faydalı meyvələrdən biri olan yaşıl almanı necə istehlak etməyi bilirsinizmi? Hər gün acqarına yaşıl alma yeyərək almanın faydalarından ən yüksək səviyyədə faydalana bilərsiniz. Bəs bu faydalar hansılardır?
Arıqlamağa kömək edir
Son.az deyerler.org-a istinadən bildirir ki, cəmi 80 kalori olan bir ədəd yaşıl alma tərkibində bol miqdarda karbohidrat və amin turşusu ehtiva etməklə olduqca enerji verən bir meyvə sayılır. Sağlam bir şəkildə arıqlamaq istəyirsinizsə hər gün ac qarınına yaşıl alma yeyərək həm tox, həm də enerjili qala bilərsiniz.
Şəkər xəstəliyini önləyir
Xalq arasında şəkər xəstəliyi olaraq tanınan diabeti, önləyən təbii məhsullar arasında yaşıl alma da iştirak edir. Səhərlər acqarıına istehlak edəcəyiniz yaşıl alma bədənin ehtiyac duyduğu şəkər miqdarını azaldır və bədəni şəkər xəstəliyinə qarşı qoruyur.
Ürək-damar sağlamlığını qoruyur
Acqarına yaşıl alma istehlakının ürək sağlamlığı üzərindəki təsirləri:
- Yüksək xolesterolu nizamlayan yaşıl alma arteriyalarda tıxanmanın meydana gəlməsini önləyir,