Lənkəranskinin qardaşını kriminal müharibəyə


Digərləri 17 May 2018 22:29:00 65 0

Lənkəranskinin qardaşını kriminal müharibəyə

DGK-da kadr dəyişiklikləri ilə əlaqədar Namiq Canıyevə yeni vəzifə təklif olunub

Bəzi qüvvələr 2016-cı ilin avqustunda İstanbulda qətlə yetirilən azərbaycanlı "qanuni oğru" Rövşən Canıyevin (Rövşən Lənkəranski) qardaşı Namiq Canıyevi kriminal müharibənin ortasına itələməyə cəhd edirlər. Son günlər Rusiya və Azərbaycan KİV-ləri Namiq Canıyevin rəqiblərinin fiziki olaraq aradan qaldırılması üzrə sifarişlərini yerinə yetirən "ştatlı killer"inin - Camal Həsənovun meydana çıxdığı barədə məlumatlar yayırlar.

Lakin bütün bunlar həqiqətə uyğun deyil. "Qanuni oğru"nun qardaşı Namiq Canıyev kriminal "razborka"larda iştirak etmir. Bu barədə Sputnik Azərbaycan-a kriminal dairələr yaxın mənbə məlumat verib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq idarəsi "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) əlaltısı Cabir Həsənovun qətli üzrə açılmış cinayət işinin araşdırılması barədə açıqlama ilə çıxış edib. Həsənovu 2017-ci il aprelin 28-də Lenin prospektində güllələyiblər. İş üzrə 43 yaşlı Nazim Nüsrətov və 23 yaşlı Camal Həsənov (qətl sifarişini yerinə yetirib) keçirlər. Sonuncunu Namiq Canıyevin "ştatlı killeri" adlandırırlar. Camal Həsənov gizlənə bilib, Nüsrətov isə 2017-ci il mayın 31-də saxlanılıb.

Qeyd edək ki, ötən il noyabrın 2-də İstanbul polisi bu şəhərdə Nadir Səlifova sui-qəsd etmək istəyən qrupu saxlayıb. Sui-qəsdin təşkilində Namiq Canıyev günahlandırılıb. Guya ki, məhz o killerlər qrupuna başçılıq edib. Qrupun tərkibinə aşağıdakı şəxslər daxil olub: Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Abdurrahman Çolak, Orhan Ergin, Hacı Ömər Ertekin, Emre Debreli, Kenan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Sabri Şirin. Onların arasında Hacı Beyləqanski kimi tanınan "qanuni oğru" Talıbxanlı Hacıbaba Tahir oğlu da olub.

Lakin bu il yanvarın 8-də Canıyev bəraət alaraq İstanbul məhkəməsinin qərarı ilə azad edilib. Onunla bir yerdə Lotu Quliyə sui-qəsddə ittiham olunan şəxslərin hamısı azad edilib.

Həmin dövrdə beynəlxalq axtarışda olan Camal Həsənov da azad edilib.

Sankt-Peterbuqdakı qətlə qayıtdıqda deyə bilərik ki, Nüsrətov Camal Həsənova silah və nəqliyyat vasitəsi tapmaqda kömək etdiyini bildirib. O bunu Namiq Canıyevin sürücüsü işləyən Əfqan adlı şəxsin təhdidlərindən sonra edib. Cabir Həsənovun qətlinin motivi olaraq Rövşən Lənkəranski klanının qisası göstərilir. Çünki Cabir dəfələrlə Canıyevin qətlində şəxsən iştirak etdiyini deyibmiş. Cabir Lotu Quli ilə eyni İƏM-də cəzasını çəkib. Onlar orada tanış olublar. 2015-ci ildə azad edildikdən sonra isə Cabir Samarada azərbaycanlı biznesmenin oğurlanmasında iştirak edib. Girov qaçaraq polisə məlumat verməyə müvəffəq olub. Bununla bağlı Cabir Həsənov və Nadir Səlifov beynəlxalq axtarışa elan olunublar.

Mənbənin bildirdiyinə görə, bütün bu münaqişə və "razborka"larda Rövşən Lənkəranskinin tərəfdarları iştirak edirlər. Lakin Namiq Canıyevin özünün onlara aidiyyəti yoxdur və kriminal aləmlə bağlı olmaq istəmir. "Canıyevi hansısa qətldə günahlandırmaq yeriszdir " - mənbə deyib.

Fevral ayında Canıyev Azərbaycana qaıdaraq Dövlət Gömrük Komitəsində (DGK) işləməyə davam edib. Bu gün məlum olub ki, DGK-da kadr dəyişiklikləri ilə əlaqədar Canıyevə yeni vəzifə təklif olunub və çox yəqin ki, yaxın günlərdə o Keşlə gömrük postunun rəisi kreslosunu tərk edəcək. Canıyevin hansı vəzifəyə təyin olunacağı hələlik məlum deyil.

Qəbirdə dirilən adamlar, yaxud zombilər necə kino ulduzu oldular? like
  • 17 May 22:25  
Digərləri Qəbirdə dirilən adamlar, yaxud zombilər necə kino ulduzu oldular?

Son.az lent.az-a istinadən zombilər haqqında faktları təqdim edir.

arrow Ətraflı
Rus polkovnikdən etiraf: İki azərbaycanlını like
  • 17 May 22:24  
Dünya Rus polkovnikdən etiraf: İki azərbaycanlını

Ötən ilin oktyabrında çoxsaylı qətllərdə ittiham olunaraq həbs edilən

arrow Ətraflı
Üç uşağı qətlə yetirən “şeytan”a – like
  • 17 May 22:22  
Dünya Üç uşağı qətlə yetirən “şeytan”a –

ABŞ-da 3 uşağı bıçaqlayaraq qətlə yetirən dayəyə hökm oxunub.

arrow Ətraflı
İki böyük mafiya çökdürüldü like
  • 17 May 22:21  
Dünya İki böyük mafiya çökdürüldü

İstanbulda mafiya lideri saxlanılıb.

arrow Ətraflı
Peyğəmbəri görmədən, ona iman gətirənin fəziləti like
  • 17 May 22:20  
Digərləri Peyğəmbəri görmədən, ona iman gətirənin fəziləti

Allahın Peyğəmbəri (s) buyurub: "Məni görən şəxsin iman gətirməs

arrow Ətraflı
Nikolayı taxtda görən qadın like
  • 17 May 22:19  
Digərləri Nikolayı taxtda görən qadın

Çeçenistanda yaşayan Koku İstanbulovanın 129 yaşı var. İngiltərənin &q

arrow Ətraflı
Dörd qardaş eyni qəzada öldü like
  • 17 May 22:18  
Dünya Dörd qardaş eyni qəzada öldü

Bu gün səhər Türkiyənin paytaxtı Ankarada baş vermiş yol qəzasında 4 q

arrow Ətraflı
“RİA Novosti Ukrayna” Agentliyinin baş redaktoru həbs edildi like
  • 17 May 22:16  
Dünya “RİA Novosti Ukrayna” Agentliyinin baş redaktoru həbs edildi

Bu gün Ukraynanın Xerson məhkəməsi "RİA Novosti Ukrayna" İnform

arrow Ətraflı
“Facebook” istifadəçilərinin şəxsi məlumatları yenidən yayıldı like
  • 17 May 22:15  
Digərləri “Facebook” istifadəçilərinin şəxsi məlumatları yenidən yayıldı

"Facebook" sosial şəbəkəsinin 3 milyondan çox istifadəçisinin

arrow Ətraflı
Həmsədrlər Ermənistana gələcək like
  • 17 May 22:13  
Digərləri Həmsədrlər Ermənistana gələcək

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fr

arrow Ətraflı
Şamaxıda qadın pəncərəni silərkən like
  • 17 May 22:11  
Digərləri Şamaxıda qadın pəncərəni silərkən

Hadisə rayonun Mədrəsə qəsəbəsində baş verib

arrow Ətraflı
Ölkədə qızıl ucuzlaşdı, gümüş bahalaşdı like
  • 17 May 22:10  
Digərləri Ölkədə qızıl ucuzlaşdı, gümüş bahalaşdı

Mayın 17-də Azərbaycanda qızılın qiyməti ucuzlaşıb, gümüş isə bahal

arrow Ətraflı
İmam Zaman ağanın azərbaycanlı vəkili like
  • 17 May 22:10  
Digərləri İmam Zaman ağanın azərbaycanlı vəkili

Qasim ibni Əla Azərbaycan əhalisindən idi və Sahibi-Əmrin (ə) vəkaləti

arrow Ətraflı
Dərmanlar müalicə etməyən xəstəlikləri like
  • 17 May 22:05  
Digərləri Dərmanlar müalicə etməyən xəstəlikləri

Avqusta Universiteti (ABŞ) alimləri sodanın müalicəvi təsirini araşdırı

arrow Ətraflı