Qəbirdə dirilən adamlar, yaxud zombilər necə kino ulduzu oldular?


Digərləri 17 May 2018 22:25:00 460 0

Qəbirdə dirilən adamlar, yaxud zombilər necə kino ulduzu oldular?

Son.az lent.az-a istinadən zombilər haqqında faktları təqdim edir.

Zombi nədir?

Zombilər fövqəl-təbii qüvvələr hesab olunurlar, öləndən sonra dirilib dünyaya geri qayıdan adamlara zombi deyirlər. Zombilər danışa bilmirlər, beyinsizdirlər, daha çox kütlə halında hərəkət edirlər. Cüzamlı xəstələrə bənzəyir, nə qədər yesələr də doymaq bilmirlər.

Zombilərin dünyaya yayılması

Zombi anlayışı ilk dəfə Karib dənizi hövzəsindəki adalarda ortaya çıxıb. Karib hövzəsi sakinləri arasında zombi haqqında əfsanələr geniş yayılıb. Zombi anlayışının dünyaya yayılmasında 40 il fasilə ilə çap edilən iki səyahət kitabının xüsusi rolu var.

Jurnalist Lafkadio Hörn

1887-ci ildə Karib hövzəsindəki Martinikada 2 il qalan Hörn buralar haqqında yazılar yazır. Bu yazılardan birində belə bir qeydlər vardı: "Gecə qaranlığı özü ilə bərabər bəzi adamlarda dəhşətə salan qeyri-müəyyənliklər və illüziyalar gətirir. Axşamüstü saatlarında belə - şəhərin arxa tərəflərindəki bulvarların ən boş olduğu saatlar - zombilərin özlərini təkbaşına gəzənlərə göstərəcəyinə inananlar var."

Jurnalist Uilya Sibruk

40 il sonra ABŞ-lı jurnalist Martinikaya deyil, Haitiyə gedir. Sibrukun iddiasına görə zombi sözünü Haitidən Amerikaya məhz o, gətirib. "Qamış tarlalarında çalışan ölülər" kitabında zombi haqqında bunları deyir: "Deyilənə görə zombi ruhu olmayan insan cəsədidir. Məzardan çıxarılan cəsədlər sehr vasitəsi ilə mexaniki həyata qovuşurlar. Əsasən ev və təsərrüfat işlərində ağır işlər dalınca ora-bura qaçırlar, tənbəllik etdikləri zaman isə dilsiz heyvan kimi döyülürlər."

Haitinin işğalı və Amerikan zombisi

Haitinin 1915-ci ildə işğalı Karaib hövzəsi zombisinin Amerikan zombisinə çevrilməsinə gətirib çıxardı. Tarlalarda ağır şəraitdə çalışan işçilər "yaşayan ölülər"ə bənzədilirdi. İşçilərin əldən düşməsinin və ayaqlarını sürümələrinin səbəbi isə ayaqlarının zəncirlənməsi və ya qulların enerji xərcləmək üçün özlərindən uydurduqları hərəkət şəkli ola bilər.

Zombilərlə dolu Haiti

Amerikanın Haitini işğalı zamanı belə bir fikir yayılmışdı ki, guya ada zombilərlə doludur. 1935-ci ildə Nyu-Yorkda çap olunan "Voodoo Fire in Haiti" ("Haitidə Vudu Atəşi") adlı kitabda yer alan yazılardan biri belədir: "Vudu güclüdür, ölümdən belə güclüdür. Papaloi ölüləri dirildə bilir."