“Facebook” istifadəçilərinin şəxsi məlumatları yenidən yayıldı


Digərləri 17 May 2018 22:15:00 286 0

“Facebook” istifadəçilərinin şəxsi məlumatları yenidən yayıldı

"Facebook" sosial şəbəkəsinin 3 milyondan çox istifadəçisinin şəxsi məlumatları internetdə yayılıb.

Son.az lent.az-a istinadən bildirir ki, bu istifadəçilər sosial şəbəkədə "myPersonality" proqram əlavəsinin testindən keçib. Psixoloji testin nəticələri Kembric Universitetinin alimləri tərəfindən elmi tədqiqatlarda istifadə olunub. Alimlər məlumatlardan istifadə etdikdən sonra onları 4 il ərzində kifayət qədər qorunmayan saytda saxlayıblar.

Bundan başqa, proqram 22 milyon istifadəçinin statuslarını və 4 milyon istifadəçinin demoqrafik məlumatlarını da toplayıb. İnsanlara xəbərdarlıq edilib ki, onların informasiyalarından anonim üsullarla istifadə oluna bilər, lakin istifadəçilərin kimliyinin gizlədilməsi üçün lazımi tədbirlər görülməyib.