Pentaqon: ABŞ Cənubi Koreya ilə hərbi təlimləri davam etdirəcək


Dünya 17 May 2018 21:54:08 285 0

Pentaqon: ABŞ Cənubi Koreya ilə hərbi təlimləri davam etdirəcək

"Onların miqyası və cədvəli dəyişməz qalacaq"

Birləşmiş Ştatlar Cənubi Koreya ilə təlimlərin keçirilməsini davam etdirəcək, onların miqyası və cədvəli hətta ABŞ-KXDR sammiti öncəsi belə dəyişməz qalacaq.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu cümə axşamı jurnalistlərə açıqlamasında Pentaqon nümayəndəsi Dana Uayt deyib.

"Deyə bilərəm ki, təlimlərimizin miqyası dəyişməyəcək…bizim təlimlər hər il keçirilir, onlar çoxdan keçirilir, müdafiə xarakteri daşıyır və davam etdiriləcək. Bu [Cənubi Koreya ilə] alyansın qərarıdır. Bu etdiyimiz bizim və Cənubi Koreya qüvvələrinin hazırlığına əmin olmağımız üçündür", - deyə Uayt bildirib və təlimlərin qrafikinin dəyişməz qalacağını əlavə edib.