Ərəb Liqası İsraillə bağlı fövqəladə iclas keçirib


Dünya 17 May 2018 21:51:00 304 0

Ərəb Liqası İsraillə bağlı fövqəladə iclas keçirib

Qahirədə Ərəb Liqası dövlətlərinin xarici işlər nazirlərinin fövqəladə iclası keçirilib.

Son.az oxu.az-a istinadən bildirir ki, toplantıda ABŞ-ın İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsi, həmçinin Fələstində baş verən qanlı hadisələr müzakirə olunub.

"ABŞ-ın öz səfirliyini Qüdsə köçürməsi beynəlxalq hüquq normalarına ziddir",- deyə Səudiyyə Ərəbistanının XİN-i Adil əl-Cübeyr çıxışında bildirib.

Onun sözlərinə görə, diplomatik missiyanın Fələstin torpağına köçürülməsi ilə fələstinlilərin hüquqları kobudcasına pozulub.