Rusiyada azərbaycanlı musiqiçi saxlanılıb


Dünya 17 May 2018 21:58:00 252 0

Rusiyada azərbaycanlı musiqiçi saxlanılıb

Mayın 17-də Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı musiqiçi Ruslan Danilevski saxlanılıb.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə "Rosbalt" məlumat yayıb.

Musiqiçinin rəfiqəsi səhər 06.00 radələrində polis əməkdaşlarının ona yaxınlaşdığını və sənədlərini göstərməsini tələb etdiklərini bildirib.

Üzərində pasport olmadığı üçün polis əməkdaşları onu şəxsiyyətinin müəyyən edilməsi məqsədi ilə 28-ci polis bölməsinə aparıb.

Bölmədə məlum olub ki, Danilevskinin ümumiyyətlə pasportu yoxdur.