Həzrət İsanın (ə) səmaya qalxması necə olmuşdur?


Digərləri 17 May 2018 21:40:00 279 0

Həzrət İsanın (ə) səmaya qalxması necə olmuşdur?

Həzrət İsanın (ə) təbliğatları və davamçılarının artması yəhudi başçılarını çox narahat edir və ürəklərinə kin toxumu səpirdi. Ona görə də Həzrəti (ə) qətl etmək üçün plan qururlar. Öz hədəflərinə çatmaq üçün Roma imperatorunun canişinini təhrik edirlər və deyirlər ki, əgər vəziyyət belə davam etsə, sənin səltənətin məhv olacaqdır.

Ona görə də öz taxt-tacını saxlamaq üçün gərək İsanı (ə) öldürəsən.

Son.az deyerler.org-a istinadən bildirir ki,  Həzrət İsa (ə) düşmənin bu fitnəsindən agah olur və öz yerini dostlarının biri ilə dəyişdirir. Gizli məkanda qalır ki, düşmənlərindən amanda olsun.

Nəhayət İsanın (ə) 12 həvarilərindən biri olan Yəhuda düşmənin ona verdiyi rüşvət sayəsində İlahi peyğəmbərin (ə) yerini aşkar edir. Ancaq özü İsaya (ə) çox bənzədiyi üçün, düşmən səhvən onu tutur və dara çəkir.

Özü qazdığı quyuya həmin satqın özü düşür.

Həzrət İsa (ə) isə xüsusi dostları ilə birlikdə bir bağa daxil olurlar və orada gizlənirlər. Ancaq düşmən ora hücum etdiyi Allah Təala İsanı (ə) tək qoymur, onun bədənini düşmənlərin gözündən gizlədir.

Deyildiyi kimi, Yəhuda ki, İsaya (ə) çox bənzəyirdi, buna görə həbs olunur və dara çəkilir. Yəhuda çox qorxduğu üçün dili tutulur və özünü tanıda bilmir.