Suriyada 70 fransalı hərbçi tutulub


Dünya 17 May 2018 21:48:00 277 0

Suriyada 70 fransalı hərbçi tutulub

Bəşər Əsəd ordusu YPQ/PKK terrorçularına dəstək məqsədi ilə Suriyada döyüşən bir qrup fransalı hərbçini saxlayıb.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, Əsədə sadiq qüvvələr Hasəkə əyalətinin Qamışlı rayonunda 70-ə yaxın fransalı hərbçini tutub. Hərbçilər iyirmi cipdən ibarət karvanla Deyr-əz-Zor istiqamətində hərəkət edib.

Onlar YPQ/PKK-nın nəzarətində olan nəzarət buraxılış məntəqəsindən keçmək əvəzinə alternativ marşrutla hərəkət edib və beləcə Əsəd rejiminin blokpostuna düşüb.