Limon qabığı qadınları bu yayılmış xəstəlikdən qoruyur


Digərləri 17 May 2018 21:35:00 284 0

Limon qabığı qadınları bu yayılmış xəstəlikdən qoruyur

C vitamini zəngin olan limon damarların sağlamlığını qoruyur, orqanizmdə iltihabı azaldır, orqanizmi cavanlaşdırır.

Lakin limonun digər az bilinən faydası da var. Çoxsaylı araşdırmalar limonun tərkibində olan maddələrin şiş əleyhinə təsirini aşkar edib.

Son.az saglamolun.az-a istinadən bildirir ki, Arizona Universiteti (ABŞ) alimləri son araşdırma zamanı aşkar ediblər ki, limon qabığının tərkibində olan d-limonen maddəsi süd vəzi xərçənginin profilaktikası və hətta müalicəsi üçün effektlidir.