Cəlilabadda kütləvi dava: bir nəfər ağır xəsarət alıb


Digərləri 17 May 2018 21:36:00 253 0

Cəlilabadda kütləvi dava: bir nəfər ağır xəsarət alıb

Cəlilabad rayonu ərazisində kütləvi dava zamanı bir nəfər ağır xəsarət alıb.

Son.az "Report"a istinadən bildirir ki, rayonun 1987-ci il təvəllüdlü Babaxanlı kənd sakini Qaraşov Aqil Əkbər oğlu müxtəlif bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Yaralının dediyinə görə, onu tanıdığı şəxslər döyüb. Hələlik hadisəsin baş vermə səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.