Sumqayıtda kişi həyat yoldaşını 18 bıçaq zərbəsi vuraraq qətlə yetirib - TƏFƏRRÜAT


Sosial 17 May 2018 20:58:00 252 0

Sumqayıtda kişi həyat yoldaşını 18 bıçaq zərbəsi vuraraq qətlə yetirib - TƏFƏRRÜAT

Hadisə xəyanət üstündə baş verib

Sumqayıt şəhərindəki qətlin təfərrüatı məlum olub.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, kişi həyat yoldaşının ona xəyanət etdiyini öyrənib vəyaşadığı mənzildən onun yadkişi ilə fotoşəklini tapıb.

Bundan sonra o, həyat yoldaşı Rafət Feyziyevanı yaşadıqlarımənzildə18 bıçaq zərbəsi ilə qətlə yetirib.

Qeyd edək ki, mərhumun iki övladı var.

*** 15:28

Sumqayıtda ər arvadını amansızlıqla qətlə yetirib.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 9-cu mikrorayon ərazisindəbaş verib.

Belə ki, Sumqayıt şəhər sakini,1982-ci il təvəllüdlü Rafət Feyziyeva əri tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisədən sonra qətli törədən şəxs könüllü olaraq polisə təslim olub. Qətlin səbəblərihələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.