Bakı Dairəvi yolunda hərəkət qaydası dəyişir VİDEO


Digərləri 17 May 2018 21:11:00 312 0

Bakı Dairəvi yolunda hərəkət qaydası dəyişir  VİDEO

Yeni Yasamaldan Biləcəri-Sumqayıt istiqamətində getmək istəyənlərin yolu asanlaşır. Bu məqsədlə Bakı Dairəvi Yolunun hərəkətində dəyşiklik edilir. Artıq yolun əsas hissəsi ilə köməkçi hissəsi arasında yerləşən səs boğucularının və dəmir-beton hissənin sökülməsinə başlanılıb. Bununla da köməkçi yoldan çıxıb, Biləcəri-Sumqayıt istiqamətində getmək istəyən sürücülərin ''Şamaxinka'' adlanan əraziyə daxil olmasına ehtiyac qalmayacaq.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Bakı Dairəvi yolunda nəqliyyatın hərəkəti dəyişdirilir.

Dəyişikliklər Moskva prospektinin "Şamaxinka" deyilən ərazisində sıxlığın azaldılması, həmçinin Yeni Yasamal ərazisindən çıxan və Biləcəri-Sumqayıt istiqamətində hərəkət edən avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin edilməsi məqsədi ilə olunur.

Aparılacaq müəyyən dəyişikliklərdən sonra isə yan yoldan, yəni Yeni Yasamal ərazisindən gələn nəqliyyat vasitələri əsas yola keçid hissə kimi istifadə edə biləcəklər. Bunun üçün ərazidə yenidənqurma işlərindən sonra zəruri yol nişanları və təhlükəsizlik dirəkləri də quraşdırılacaq.


Xəbərə aid video