DİM Təhsil Nazirliyinin təklifinə "HƏ" dedi VİDEO


Digərləri 17 May 2018 21:16:00 350 0

DİM Təhsil Nazirliyinin təklifinə "HƏ" dedi  VİDEO

"Yayda ikinci dəfə qəbul imtahanında iştirak edəcək abituriyentlər ixtisas qruplarını dəyişə bilərlər". BunuDövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə deyib. O, həmçinin olimpiada qaliblərinin ali məktəblərə müsabiqədənkənar qəbul məsələsinə də münasibət bildirib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bu il abituriyentlərə ilk dəfə imtahan verdiyi ixtisas qrupunu dəyişmək imkanı verilib. Bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Məleykə Abbaszadə Təhsil Nazirliynin olimpiada qaliblərinin ali məktəblərə müsabiqədənkənar qəbuluna dair qanunvericiliyə dəyişiklik təklifinə müsbərt rəy verdiklərini də deyib. Ancaq bu il ali məktəblərə müsabiqədənkənar qəbul hazırkı qanunvericiliyə uyğun aparılacaq.


Xəbərə aid video