Azərbaycanda hər kəs qəbirstanlıqda baş verən


Digərləri 17 May 2018 21:17:00 280 0

Azərbaycanda hər kəs qəbirstanlıqda baş verən

Bakıda qəbirstandan oğurluq edilib. Naməlum şəxs və ya şəxslər bahalı materialdan olan başdaşlarındakı heykəlləri oğurlayıblar. Hadisə II Fəxri Xiyabanda və ona yaxın olan Yasamal qəbristanında baş verib.

Bir gecədə iki qəbiristan qarət edilib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə II Fəxri Xiyabanda və ona yaxın olan Yasamal qəbiristanında baş verib. Bir nəfər ərazi üzrə 28-ci polis bölməsinə məlumat verib ki, Yasamal məzarlığında qohumu Cəfər Quliyevin qara mərmərdən hazırlanan heykəlini kəsib aparıblar. Həmin məzarı təmizləyən qadının sözlərinə görə, hadisə bir neçə gün əvvəl baş verib.

Məlum olub ki, bu, qəbiristanda ilk hadisə olmayıb. Orda digər məzarlara da hörmətsizlik edilib.

Qeyd edək ki, cinayətkarlar Nadir Əliyevin və İsgəndər Cəfərovun mərmərdən olan heykəllərini kəsib oğurlayıblar. Ərazidə başdaşı düzəltməklə məşğul olan usta deyir ki, həmin materaiallar bahalıdır. Ərazidə çəkiliş apardığımız zaman müəyyən etdik ki, qəbirlərin birində qızılı rəngdəki abidəni də oğurlamağa cəhd ediblər, amma görünür söküb çıxara bilməyiblər. Qəbiristanda təmizlik işləri ilə məşğul olan qadınların sözlərinə görə, son vaxtlar məzarlıqlar hədəfə götürülüb, mis və bürüncdən olan nə varsa sökərək oğurlayırlar.


Xəbərə aid video