"Komediya yox, tərbiyəsizlikdir"


Şou-biznes 17 May 2018 20:36:00 275 0

"Komediya yox, tərbiyəsizlikdir"

Səhər saat 6-da xoruzlarla bərabər oyanırıq. Çox çətin məsələdir. Tez yatmalısan ki, efirdə ayıq olasan. Vay o günə ki, futbol ola və gec yatasan.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Azər Axşam  "ATV kulis" verilişində deyib. O, bu yaxınlarda rol aldığı "4 baş" filmindən danışıb. O, ekran işindən narazı qaldığını söyləyib:

"Orada bəzi problemlər ortaya çıxdı, ürəyimcə olmadı. Sponsor bizi yarıyolda qoydu və səhnələri çəkə bilmədik. Rejissor əlində olan kadrlarla film yığdı. Ekran işində səs də mənim deyil, çünki səsləndirmədim. Üstün tərəf odur ki, filmdə söyüşdən istifadə edilmədi. 

İndi seriallarımız çoxdur, amma vaxt sıxıntısı var. Aktyora da lazımi qədər pul verilmir. Biz də məcbur oluruq bir neçə işin dalınca qaçaq. Çünki buradan aldığımız pulla dolana bilmirik".