Ölü planet tapıldı


Dünya 17 May 2018 19:48:00 238 0

Ölü planet tapıldı

İsveçrə, Fransa və Almaniyadan olan bir qrup astronom "Almahata Sitta" meteoritinin tərkibində olan almazları tədqiq etdikdən sonra qənaətə gəlib ki, həmin meteorit əvvəllər mövcud olmuş planetin tərkib hissəsi olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu meteoritin Günəş sistemində Mars və Merkuri boyda olan planetin bir hissəsi olduğu ehtimal edilir.