Bakıda xalq rəqsləri üzrə Dünya Kuboku keçirilib (FOTO)


Digərləri 17 May 2018 19:44:27 313 0

Bakıda xalq rəqsləri üzrə Dünya Kuboku keçirilib (FOTO)

Bakıda Dünya İncəsənət və Rəqs Federasiyasının (WADF) himayəsi altında xalq rəqsləri üzrə Dünya Kuboku yarışması keçirilib.

Bakı. Bakıda Dünya İncəsənət və Rəqs Federasiyasının (WADF) himayəsi altında xalq rəqsləri üzrə Dünya Kuboku yarışması keçirilib. Trend-in məlumatına görə, turnirin təşkilatçıları Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyası olub. Finalda Azərbaycan, Gürcüstan, Ukrayna, Rusiya, Uruqvay, İsveç və İtaliya iştirak edib. İki günlük ağır yarışmanın sonunda iştirakçılar etnik folklor nominasiyasında, ənənəvi rəqs (stlizə olunmuş milli rəqs) və Bollywood (hind rəqsi) nominasiyalarında iştirak ediblər. Ümumi hesablara görə finalda 1963 iştirakçı çıxış edib.