Vladiqafqaz teatrı ADGTT səhnəsində çıxış edəcək


Kriminal 17 May 2018 19:08:00 296 0

Vladiqafqaz teatrı ADGTT səhnəsində çıxış edəcək

V.Txansayev adına Vladiqafqaz Dövlət Akademik Milli Dram Teatrı  "Sərhədsiz teatr" III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində may ayının 18-21 tarixlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olacaq.

Belə ki, ADGTT dünyanın bir sıra teatrları ilə, eləcə də Rusiya Federasiyasının tərkibində fəaliyyət göstərən teatr kollektivləri ilə "qarşılıqlı qastrol səfərlərinə dair" yaradıcılıq müqavilələri imzalayıb. Müqaviləyə əsasən ölkəmizdə səfərdə olan V.Txansayev adına Vladiqafqaz Dövlət Akademik Milli Dram Teatrı Bakı tamaşaçılarına V.Korostılevin "Vova möcüzələr ölkəsində" tamaşasını təqdim edəcək. 

Paytaxt tamaşaçıları 4 gün ərzində Vladiqafqaz teatrının maraqlı tamaşasını izləmək şansı qazanacaqlar.