Prokurorun protesti əsasında qətl törədən şəxsin cəzası 4 dəfə artırıldı


Digərləri 17 May 2018 19:00:00 245 0

Prokurorun protesti əsasında qətl törədən şəxsin cəzası 4 dəfə artırıldı

Bakı Apellyasiya Məhkəməsində qətldə təqsirləndirilən Elnur Məmmədov və Elçin Həsənovun barəsindəki hökmdən prokurorluq tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olub.

Qərara əsasən, prokurorun protesti təmin olunub. E. Məmmədovun cəzası 17 ildən 18 ilə, E. Həsənovun cəzası isə 4 ildən 16 ilədək artırılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib. Elçin Həsənovun ittiham olunduğu qəsdən adam öldürmə maddəsi  isə xuliqanlıq maddəsinə tövsif edilib. O, 4 il müddətinə azadlıqdan məhrum edilib.