Xəzər Dəniz Neft Donanmasına daha iki gəmi daxil edildi FOTO


Digərləri 17 May 2018 18:42:00 527 0

Xəzər Dəniz Neft Donanmasına daha iki gəmi daxil edildi  FOTO

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansına daha iki gəmi daxil edilib.

QSC-dən Son.az-a verilən məlumata görə, "Mərdəkan" və "Şüvəlan" adlı təchizat-yedək gəmiləri müasir avadanlıqla, o cümlədən DP1 dayanıqlılıq sistemi ilə təchiz olunub. Sözügedən üzən vasitələrin müxtəlif növ yüklərin dəniz platformalarına çatdırılmasında və yedəklənmə əməliyyatlarında istismarı nəzərdə tutulub.

Təchizat-yedək gəmiləri yanacaq, içməli su, qazma məhlulları, quru yük, konteyner, borular və bu kimi digər müxtəlif yükləri qəbul etmək üçün geniş göyərtəyə və böyük həcmli yük tanklarına malikdir.

Hər iki gəminin uzunluğu 60, eni 16 metr, sürəti 13 uzeldir.


Xəbərə aid fotolar