Beşiktaş-a verilən cəza qüvvədə qaldı


İdman 17 May 2018 18:48:00 229 0

Beşiktaş-a verilən cəza qüvvədə qaldı

TFF apellyasiya komitəsi Beşiktaş-ın müraciətini mənfi cavablandırıb. Söhbət İntizam Komitəsinin yarımçıq dayandırılan Fenerbahçe - Beşiktaş matçından sonra çıxardığı qərardan gedir. Goal.az xəbər verir ki, apellyasiya komitəsi "qara qartallar"ın bu mövsüm kubok gəlirini ləğv etmək, növbəti mövsüm isə turnirə buraxılmamaq barədə qərarı təsdiqləyib.

Qeyd edək ki, kubokun yarımfinalında keçirilən cavab qarşılaşmasında Beşiktaş-ın baş məşqçisi Şenol Güneş başından xəsarət aldığına görə komanda meydanı tərk etmişdi. Bundan sonra oyunun qaldığı yerdən davam etdirilməsi qərarı çıxarılsa da, Beşiktaş buna etiraz olaraq oyuna çıxmamışdı. Ona görə İntizam komitəsi kluba 0:3 hesablı texniki məğlubiyyət vermişdi.