Vladiqafqaz teatrı Bakıya qastrol səfərinə gəlir


Digərləri 17 May 2018 18:26:56 187 0

Vladiqafqaz teatrı Bakıya qastrol səfərinə gəlir

Teatr "Vova möcüzələr ölkəsində" birhissəli tamaşasını təqdim edəcək

Vladiqafqazın V.Txansayev adına Dövlət Akademik Milli Dram Teatrı Bakıya qastrol səfərinə gəlir.

Gənc TamaşaçılarTeatrından "Report"a verilən məlumata görə,teatrBakı tamaşaçılarına V.Korostılevin "Vova möcüzələr ölkəsində"birhissəlitamaşasını təqdim edəcək.

Səhnə əsəri “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsindəAzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (ADGTT) nümayiş olunacaq.

Tamaşanın quruluşçu rejissoru Diana Çerçesov, rəssamı Vera Kasayeva, musiqi redaktoru Ruslan Daurovdur.

Səhnə əsərimayın18, 19, 20 və21-də dörd seans olmaqla 12:00, 14:00, 16:00 və 18:00-da nümayiş olunacaq.