Cəlil Məmmədquluzadənin ev muzeyi yenilənir


Kriminal 17 May 2018 18:24:00 277 0

Cəlil Məmmədquluzadənin ev muzeyi yenilənir

Görkəmli yazıçı, dramaturq, publisist, ictimai xadim, Şərqdə ilk satirik jurnal - "Molla Nəsrəddin"-in yaradıcısı Cəlil Məmmədquluzadənin ev muzeyində yeni ekspozisiyasının yaradılması ilə əlaqədar təmir-bərpa və bədii-tərtibat işləri başlayıb.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vüqar Zeynalov burada görülən işlərlə yaxından tanış olub və muzeyin kollektivi ilə görüş keçirib. O qeyd edib ki, maddi mədəniyyət nümunələrinin qorunub saxlanıldığı muzeyin bərpasında məqsəd onun fəaliyyətinin müasir prinsiplər əsasında yenidən qurulması və görkəmli ədibin həyatı, yaradıcılığı ilə maraqlananların dolğun məlumatlar əldə etməsi üçün rahat şəraitin yaradılmasıdır. Muzey qısa zamanda yenilənərək ziyarətçilərin üzünə açıq olacaq.


Xəbərə aid fotolar