Tottenham-də yeni müqavilə


İdman 17 May 2018 18:29:00 281 0

Tottenham-də yeni müqavilə

Tottenham ingilis yarımmüdafiəçi Harri Vinksin müqavilə müddətini uzadıb. Goal.az xəbər verir ki, 22 yaşlı havbek 2023-cü ilin yayına kimi yeni anlaşmanı imzalayıb. Vinksin əvvəlki müqaviləsi bu mövsümün sonunda başa çatırdı.

İngiltərə Premyer Liqasının son mövsümündə 16 oyuna çıxan futbolçu 1 məhsuldar ötürmənin müəllifi olmuşdu.