Azərbaycanla Rumıniya diaspor sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə edib


Digərləri 17 May 2018 18:24:00 270 0

Azərbaycanla Rumıniya diaspor sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə edib

Fuad Muradovla Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku və missiya rəhbərinin müavini Kristian Koroma arasında görüş baş tutub.

Bakı. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku və missiya rəhbərinin müavini Kristian Koroma arasında görüş baş tutub. Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, F.Muradov görüşdən məmnunluğunu ifadə edib. F.Muradov Azərbaycan və Rumıniya arasında siyasi, iqtisadi, elm, təhsil, mədəni və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi barədə danışıb, iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb, həmçinin DİDK ilə Rumıniyanın eyni dövlət oqranı arasında əlaqələrinin qurulması və əməkdaşlığın inkişaf etdirilməsinin perspektivlərindən danışıb. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanla Rumıniya arasında ikitərəfli əlaqələrin inkişafını daim yüksək qiymətləndirib.